2

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri isə 31 milyard 414,7 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 %, xərclər isə 1,2 % artıb. Büdcə gəlirləri proqnozu 0,9 % üstələyib.
Nəticədə, 11 ayda dövlət büdcəsində 4 milyard 210,9 milyon manat profisit yaranıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,5 % çoxdur.





