Home » Dövlət Məşğulluq Agentliyi daha 150-ə yaxın şəxsi peşə kurslarına cəlb etdi

Dövlət Məşğulluq Agentliyi daha 150-ə yaxın şəxsi peşə kurslarına cəlb etdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 150-yə yaxın işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslarda müdavimlərə qənnadçı, şirniyyatçı, dərzi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, istilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər, mühafizəçi, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar və s. peşələr öyrədiləcək.

Onlara zəruri nəzəri biliklər tədris edilməklə yanaşı, öyrəndikləri peşələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq. 

Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.

Tədris müddətində müdavimlərə minimum əməkhaqqı qədər aylıq təqaüdlər də ödənəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.