Home » “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyində Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı  Mirzağa Yaqubzadənin təqdimatı ilə keçirilən təlimdə dövlət qulluğu vəzifəsi, inzibati vəzifələrin növləri və tutulması şərtləri, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, vakant inzibati vəzifələrin tutulması qaydası, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi və onlar üçün təminatlar, qulluqda məhdudiyyətlər və digər məsələlər haqqında ətraflı məlumat verilib. Qarşılıqlı müzakirə formatında keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 28 əməkdaşı iştirak edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.