Home » Dövlət Xidməti təsərrüfat subyektlərinə tələb olunan məlumatları və sənədləri vaxtında, düzgün şəkildə təqdim etməyi tövsiyə edir

Dövlət Xidməti təsərrüfat subyektlərinə tələb olunan məlumatları və sənədləri vaxtında, düzgün şəkildə təqdim etməyi tövsiyə edir

by anar
0 rəy 4 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tənzimləyici funksiyası çərçivəsində bazarda rəqabətin təmin edilməsi, haqsız rəqabət hallarının qarşısının alınması və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Antiinhisar qanunvericiliyinin tələblərinə əsasən, bu fəaliyyətin təşkili zamanı Dövlət Xidmətinin dövlət idarəetmə orqanları, təşkilati-idarəetmə qurumları, təsərrüfat subyektləri və vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ müəyyən edilib.

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Dövlət Xidməti qanun pozuntusuna yol vermiş subyektlər barəsində icrası məcburi göstərişlər verə, o cümlədən cərimə və maliyyə sanksiyaları tətbiq edə bilər.  Məlumatları və sənədləri təqdim etməyən, yaxud düzgün olmayan məlumatlar verən subyektlər qanunvericiliklə müəyyən edilmiş məbləğdə maliyyə sanksiyası şəklində cərimə olunurlar.

Bundan əlavə, Nazirlər Kabinetinin 120 nömrəli qərarının 2.21-ci maddəsində 1 oktyabr 2022-ci il tarixində edilən dəyişikliyə əsasən, nəzərdə tutulmuş sənəd və məlumatlar təqdim edilmədikdə, Dövlət Xidməti həmin sənəd və məlumatların təqdim edilməsi barədə iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Bu zaman təsərrüfat subyekti müəyyən olunmuş cəriməni ödəməklə yanaşı, məhkəmə qərarı əsasında tələb olunan sənədləri də təqdim etməlidir.

Qeyd edək ki, Dövlət Xidməti tələb olunan sənədləri təqdim etmədikləri üçün bir sıra təsərrüfat subyektlərinə qarşı məhkəmə iddiaları qaldırıb. Məhkəmə orqanlarının bu halla bağlı verdiyi qərarlarda Dövlət Xidmətinin mövqeyi haqlı hesab edilib və sənədlərin təqdim edilməsi təmin edilib.

Dövlət Xidməti təsərrüfat subyektlərinə tələb olunan məlumatları və sənədləri vaxtında, düzgün şəkildə təqdim etməyi tövsiyə edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.