
Banklar və Azərpoçt MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb.
Məlumata əsasən, ödəniş kartları arasında debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə 7,6% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artıb.
2026-cı ilin yanvar ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 7 milyard 687 milyon manat təşkil edib. Bunun 6 milyard 600 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 85 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə reallaşdırılıb.





