Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Londonda səfərdə olub
Səfər çərçivəsində DSMF-nin sədr müavini Zəka Mirzəyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Əmək və Pensiyalar Departamentinin (ƏPD) Beynəlxalq Əlaqələr Mərkəzinin nümayəndələri ilə görüşüb.
Görüşdə son illərdə Azərbaycanda sosial sığorta və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Ölkəmizdə tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıya qoyulan prioritet hədəflər, eləcə də elektron infrastruktur vasitəsilə göstərilən proaktiv xidmətlər xüsusilə böyük maraqla qarşılanıb.
İnteraktiv təcrübə mübadiləsi çərçivəsində hər iki ölkənin sosial təminat sistemlərinin fərqli xüsusiyyətlərinə dair suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparılıb.