Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliyada keçirilmiş Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) Avropa Regional Sosial Təminat Forumunda iştirak edib.
Forumda DSMF sədri “Avropada sosial təminat: tərəqqi, prioritetlər və problemlər” mövzusunda plenar sessiyada, habelə panel sessiyada “Transformativ idarəetmə: Azərbaycanda optimallaşdırma və innovasiyalar vasitəsilə sosial təminatın gücləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.
H.Məmişov ölkəmizdə sosial sahədə son 5 ildə əldə edilən nailiyyətlər, həyata keçirilən islahatlar, bu sahədə innovativ yeniliklər, əhaliyə göstərilən proaktiv xidmətlər və prioritet hədəflərdən bəhs edib.
DSMF sədri eyni zamanda son illər ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, xidmət sahələrinin optimallaşdırılması, sosial sahədə gələcəyə hədəflənən səmərəli idarəetmə potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.
Pensiya və sosial müdafiə təminatı siyasətinin müasir dövrün tələblərinə cavab verməsi istiqamətində atılan addımlar forum iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra H.Məmişov DSMF tərəfindən qəbul edilən strategiyalar və transformativ addımlar barədə xarici ölkə təmsilçilərinin suallarını cavablandırıb.
Qeyd edək ki, ISSA tərəfindən 2024-cü il üzrə keçirilən “Ən yaxşı təcrübə mükafatı” beynəlxalq müsabiqəsinin Forum çərçivəsində təşkil edilmiş təltifetmə mərasimində DSMF 4 ədəd “Nailiyyət mükafatı” ilə təltif edilib.
DSMF sədri beynəlxalq forumda iştirak edib
1