Home » Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

by bbnadm
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sarah Maykl ilə onlayn formatda görüş keçirilib. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı post pandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişaf barədə məlumat verib.

Mərkəzin 5 illik fəaliyyəti ərzində həyata keçirilən iqtisadi-sosial və institusional islahatların hazırlanması və xüsusilə monitorinq və qiymətləndirmə potensialının gücləndirilməsi sahəsində Dünya Bankının dəstəyi yüksək qiymətləndirilib. Həmçinin, logistika, ticarət, kənd təsərrüfatı, təhsil və digər sektorlar üzrə Dünya Bankının qiymətləndirmə hesabatları əsasında Mərkəzdə keçirilən ənənəvi “Bilik Sərgiləri”nin əhəmiyyəti vurğulanıb. Azad olunan ərazilərin bərpası, “ağıllı kənd” inkişaf planı, regional logistika və ticarət imkanlarının araşdırılmasında gələcək əməkdaşlıq perspektivləri qeyd olunub.

Xüsusilə monitorinq və qiymətləndirmə üzrə beynəlxalq qurumlara Mərkəzin inteqrasiya olunması və birgə layihələrin həyata keçirilməsində Dünya Bankının dəstəyinin əhəmiyyətli olduğu bildirilib.  Mərkəz ilə əməkdaşlığın faydalı və nəticə-əsaslı olmasından məmnunluğunu bildirən xanım Sarah Maykl insan kapitalının inkişafı, maliyyə, “ağıllı kənd” mövzularında Dünya Bankı tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, Mərkəzlə gələcəkdə də müzakirə olunan sektorlar üzrə birgə əməkdaşlıq davam etdiriləcəkdir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.