Home » Dünya Bankı ilə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Dünya Bankı ilə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

by ulviyya
0 comment 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyində Dünya Bankının rəsmiləri ilə keçirilən görüşdə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Bərabər İnkişaf,  Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmlə görüşüb.

İqtisadiyyat naziri Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.

Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, Bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bölüşüb.

Görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.