Home » Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatını təqdim edib

Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatını təqdim edib

by anar
0 comment 3 views 2 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin rəhbəri Günay Quliyeva Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatının iyun buraxılışını şərh edib. O, hesabatda iqtisadi artımın qısa müddətli perspektivdə yaxşılaşdığını, amma bu yaxşılaşmanın müvafiq standartlara görə hələ də zəif olduğunu bildirib.  Bundan başqa, 2024-2025-ci illərdə dünya əhalisinin 80 faizindən çoxunu əhatə edən iqtisadiyyatların təxminən 60 faizində iqtisadi artımın 2010-cu illərin orta səviyyəsindən aşağı olacağı proqnozlaşdırılır.

Günay Quliyeva qeyd edib ki, hesabatda qlobal iqtisadi artımın 2024-cü ildə 2,6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu rəqəm 2010-2019-cu illərin orta göstəricisindən yarım faiz bəndi aşağı səviyyədədir. Ölkəmiz üçün də verilən proqnoz dünya ortalamasına yaxındır. Azərbaycan iqtisadiyyatı üçün təqdim edilən proqnozlar 2024-cü il üçün 2,3 faiz, 2025-2026-cı illər üçün isə 2,4 faiz səviyyəsindədir. Bu, ölkənin iqtisadi dayanıqlığını və gələcək illərdə mülayim böyümə gözləntilərini əks etdirir.

Dünya Bankı bildirir ki, qlobal iqtisadiyyat geosiyasi gərginliklər, ticarətin parçalanması, uzun müddət davam edən yüksək faiz dərəcələri və iqlimlə bağlı fəlakətlər də daxil olmaqla bir sıra risklərlə qarşı-qarşıyadır. Bu risklərin aradan qaldırılması üçün qlobal əməkdaşlığı genişləndirmək, xarici ticarəti qorumaq, yaşıl və rəqəmsal keçidi dəstəkləmək, borcları azaltmaq və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq vacibdir.

Günay Quliyevanın sözlərinə görə, Dünya Bankının ekspertləri tərəfindən inkişaf etməkdə olan bazarlara və inkişaf etməkdə olan iqtisadiyyatlara (EMDE) dövlət investisiyalarını artırmaqla, uzunmüddətli iqtisadi artımı təşviq etməklə məhsuldarlığı yaxşılaşdırmaq və özəl investisiyaları stimullaşdırmaq tövsiyə olunur. Bununla yanaşı, xüsusən xarici şoklara yüksək dərəcədə məruz qalan kiçik dövlətlər üçün cari fiskal problemlərin həlli məqsədilə hərtərəfli fiskal islahatlar çox vacib faktor kimi qeyd olunur.

Hesabatda 2025 və 2026-cı illərdə inflyasiyanın  tədricən aşağı düşməsi, faiz dərəcələrinin endirilməsi və xarici ticarətin güclənməsi fonunda qlobal artımın bir qədər də sürətlənərək orta hesabla 2,7 faizə çatacağı göstərilir. Bununla belə, pandemiyanın yaratdığı iqtisadi problemləri hələ də aradan qaldırmaq üçün hökumətlərin apardıqları fiskal siyasətin qlobal artımı bir qədər zəiflətməsi gözlənilir.

Hesabatda qlobal inflyasiyanın tədricən azalacağı proqnozlaşdırılır ki, bu da mərkəzi banklara 2024-cü ilin sonu və 2025-ci illərdə pul siyasətini yumşaltmağa imkan verəcək. Lakin qabaqcıl iqtisadiyyatlarda faiz dərəcələrinin əvvəlki onilliklərlə müqayisədə yenə də daha yüksək qalacağı gözləntiləri var. Belə ki, qlobal iqtisadiyyata inflyasiya təzyiqləri davam edərsə, faiz dərəcələrinin aşağı salınması daha kiçik rəqəmlərlə aparıla və ya ümumiyyətlə gecikdirilə bilər.

Günay Quliyeva bildirib ki, proqnozlaşdırılan risklərin qarşısını almaq, iqtisadi artımı stimullaşdırmaq üçün güclü iqtisadi siyasət aparılmalıdır. Yaşıl və rəqəmsal keçidi dəstəkləmək, beynəlxalq ticarəti qorumaq, ərzaq və enerji təhlükəsizliyini təmin etmək üçün hökumətlər tərəfindən qlobal səylərə ehtiyac var. Dünya Bankının nəticələrinə görə, dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsi, insan kapitalının keyfiyyətinin artırılması, davamlılığın və inklüzivliyin gücləndirilməsi üzrə səylər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və uzunmüddətli artım perspektivlərini gücləndirmək üçün çox vacibdir.

Qeyd edək ki, bütün bu tövsiyələr hələ iki il öncə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas prioritetlərində  öz əksini tapıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.