Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib - BBN

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri dəyişib. Ştefani Ştallmayerin vəzifə müddətinin başa çatması ilə əlaqədar o, 2026-cı il iyulun 1-dən etibarən ölkə meneceri vəzifəsindən ayrılıb.

Bankdan əldə edilən məlumata görə, bu vəzifəyə Saşa Bakes təyin edilib. O, Azərbaycan üzrə ölkə meneceri kimi fəaliyyətinə 2026-cı ilin avqust ayından başlayacaq.

Saşa Bakes yeni təyinata qədər Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasında (IFC) İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi kimi çalışıb.

O, 17 ildən artıq müddətdə IFC-də fəaliyyət göstərib. Bu dövrün ilk 12 ilində London, Vaşinqton və Yohannesburq ofislərində Təbii Sərvətlər və İnfrastruktur komandasında çalışaraq əsasən Afrika regionunda müxtəlif layihələrə rəhbərlik edib.

IFC-yə qoşulmazdan əvvəl isə Lüksemburqun inkişaf yardımı üzrə icraçı agentliyi olan Lux-Development təşkilatında yeddi il işləyib və Laosda aqrobiznes və kənd infrastrukturuna yönəlmiş inteqrə olunmuş kənd inkişafı layihələrini idarə edib.

Saşa Bakes Kembric Universitetində fizika üzrə fəlsəfə doktoru (PhD), INSEAD Biznes Məktəbində isə biznesin idarəedilməsi (MBA) dərəcəsi alıb.

apa

Related posts

Unibank “Dayanıqlılıq / ESG” nominasiyası üzrə regionda birinci old

Xalq Bank nizamnamə kapitalını artırdı

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı