Home » Dünya Bankının nümayəndələri ilə görüş olub

Dünya Bankının nümayəndələri ilə görüş olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə onlayn formatda görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əmək bazarı və sosial müdafiə sahələri üzrə təkmil monitorinq və proqnozlaşdırma sisteminin qurulmasının vacibliyini qeyd edib.

O,  Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə Nazirlik tabeliyində yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın bu istiqamətdə rolunu qeyd edib, Observatoriyanın fəaliyyəti barədə məlumat verib. Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi Mirey Ovadiya, Dünya Bankının baş iqtisadçısı Maddalena Honorati, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov və digərlərinin əmək bazarı və sosial müdafiə sahələri üzrə təkmil monitorinq və proqnozlaşdırma sistemi ilə bağlı fikirləri dinlənilib.

Milli Observatoriya tərəfindən təqdim olunan layihə təklifləri müzakirə olunub, Dünya Bankı ilə Observatoriya arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.