Home » Dünya bazarında neft ucuzlaşır

Dünya bazarında neft ucuzlaşır

by yunus
0 comments 0 views 1 minutes read

İnvestorlar Venesuelada ötən həftəsonu baş verən dramatik hadisələrin təsirini qiymətləndirdikcə, neft qiymətləri bazar ertəsi günü düşür.

BBN.az xəbər veir ki, Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,25 dollar (0,41%) az, barel üçün 60,50 dollar təşkil edib. Ötən cümə günü bu müqavilələr 0,10 dollar (0,16%) azalaraq barel üçün 60,75 dollara düşüb.

Nyu-York Ticarət Birjasında (NYMEX) fevral ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 0,30 dollar (0,52%) azalaraq bir barel üçün 57,02 dollara düşüb. Əvvəlki sessiyada isə 0,10 dollar (0,17%) azalaraq bir barel üçün 57,32 dollara düşüb.

OPEC-in açıqlamasında bildirilir ki, könüllü neft hasilatının azaldılmasında iştirak edən səkkiz OPEC+ ölkəsinin nazirləri aylıq həftəsonu iclasında birinci rübdə neft hasilatının artırılmasındakı fasiləni qorumaq qərarına gəliblər. Bu o deməkdir ki, alyansın birinci rübdə istehsal səviyyələri dekabr ayında qüvvədə olan kvotalara uyğun olacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.