Dünya bazarında xam neftin qiymətləri

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.28 dollar, yaxud 0.35% bahalaşaraq 80.41 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.44 dollar, yaxud 0.51% artaraq 86.57 dollara satılır. Təbii qazın qiymətləri isə 0.06 dollar, yaxud 1.90% azalaraq 3.20 dollara ticarət edilir.

Qeyd edək ki, Reuters-in neft bazarını araşdıran 1000-dən çox enerji mütəxəssisləri arasında apardığı araşdırmaya əsasən xam neftin dəyəri hazırkı qiymət aralığından olduqca yüksəkdir. Söhbət isə 2027-ci ilə qədər 1 barrelinə görə 90 dollardan gedir. Bazar ertəsi səhəri Brent xam neftinin qiyməti 1 barrelinə görə 85 dollardan aşağı ticarət edilirdi. Bildirək ki, 2023-cü il ilə bağlı proqnozlar isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən 4-10 dollar aralığında yüksəkdir. 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır