
Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.45 dollar, yaxud 0.54% enərək 83.29 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.42 dollar, yaxud 0.48% azalaraq 87.65 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.81% bahalaşaraq 3.00 dollara ticarət edilir.
Qeyd edək ki, ötən gün İsrail-Fələstin müharibəsindən dolayı neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.




