Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 1.26 dollar, yaxud 1.47% enərək 84.28 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.11 dollar, yaxud 1.23% azalaraq 89.37 dollara satılır. Təbii qazın qiymətləri isə 0.12 dollar, yaxud 3.59% azalaraq 3.36 dollara ticarət edilir.
Qeyd edək ki, İsrail-Fələstin müharibəsinin başlanğıcında xam neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.