Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.53 dollar, yaxud 0.74% yüksələrək 71.87 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.52 dollar, yaxud 0.69% artaraq 75.82 dollara satılır. Təbii qazın qiymətləri isə 0.05 dollar, yaxud 2.29% yüksələrək 2.19 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.