Home » Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib

by yunus
0 comments 0 views 1 minutes read

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına bərabər olub.

Analitiklər qeyd edirlər ki, neft bazarında istehsal artımı və təklifin çoxluğu qiymətlərin enməsi istiqamətində təzyiq göstərir. Bununla yanaşı, bazar iştirakçıları hələ də OPEC+ və İranla əlaqəli geopolitik gərginliklərə diqqət yetirməyə davam edir. Əlavə olaraq, bazarda gələcəkdə istehsal azalmaları və ya geosiyasətin yenidən kəskinləşməsi halında qiymətlərin yenidən arta biləcəyi ehtimal edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.