Home » Dünya bu xəbəri gözləyir: ABŞ və İran Pakistanda görüşür! – Bazarlar nəfəsini dərdi

Dünya bu xəbəri gözləyir: ABŞ və İran Pakistanda görüşür! – Bazarlar nəfəsini dərdi

by Zeyneb
0 comments 0 views 1 minutes read

Dünya iqtisadiyyatının ürəyi olan ABŞ birjalarında gərgin gözlənti hökm sürür. BBN.az xəbər verir ki, ABŞ-İran arasındakı müharibənin iki həftəlik müvəqqəti dayandırılması (atəşkəs) xəbəri bazarları hərəkətə gətirib.

Lakin hər şey o qədər də sadə deyil. Mövcud vəziyyəti 3 əsas məqamda xaraketrizə edə bilərik:

Atəşkəs Masası Pakistanda: ABŞ və İran nümayəndələrinin Pakistanda görüşəcəyi gözlənilir. Bu, fevral ayından bəri davam edən münaqişədə ilk birbaşa təmasdır. Amma qarşılıqlı ittihamlar hələ də davam edir!

İnflyasiya Kabusu : Bu gün açıqlanacaq istehlakçı qiymətləri indeksi (CPI) hər şeyi dəyişə bilər. Yanacaq qiymətlərindəki artım inflyasiyanın kəskin sıçrayacağını proqnozlaşdırır. Bu isə FED-in faiz endirimi planlarını təxirə sala bilər.

Birja və Neft: S&P 500 indeksi artıq 7 gündür ki, ardıcıl artım nümayiş etdirir. Neft qiymətləri isə atəşkəs xəbəri ilə 100 dollardan aşağı düşsə də, gərginlik fonunda yenidən hərəkətlənməyə başlayıb. İndiki məqamda investorlar üçün əsas sual atəşkəsin davamlılığı deyil, bu siyasi yumşalmanın inflyasiya təzyiqlərini nə dərəcədə kompensasiya edə biləcəyidir – qlobal bazarların yaxın müddətli taleyi məhz bu tarazlıqdan asılı olacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.