Home » Dünya Hökumət Sammitində “ASAN xidmət”lə bağlı müzakirələr aparılıb

Dünya Hökumət Sammitində “ASAN xidmət”lə bağlı müzakirələr aparılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agetliyinin sədri Ülvi Mehdiyev 10-cu Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

Dünya İnnovasiyalar Şəbəkəsinin (TWIN Global) həmtəsisçisi və rəhbəri Robert Volkotla keçirilən görüş zamanı xidmətlərin göstərilməsi zamanı ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb və əməkdaşlığa dair ilkin razılıq əldə olunub.

Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa ilə keçirilən görüşdə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrasının uğurla davam etdiyi vurğulanıb. Memorandumun implementasiyası çərçivəsində Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi, müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində görülən işlərdən söz açılıb.

Həmçinin Dövlət Agentliyinin nümayəndəsi tədbir çərçivəsində “Dövlət xidmətləri” mövzusuna həsr edilmiş xüsusi sessiyada çıxış edib. Dövlət xidmətlərinin və xidmət mərkəzlərinin gələcəyinin dizayn edilməsi istiqamətində aparılan müzakirələr zamanı Dövlət Agentliyi tərəfindən ötən illər ərzində bu xüsusda görülmüş işlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və planlaşdırılan layihələr barədə sessiya iştirakçıları məlumatlandırılıblar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.