
Dünya İqtisadi Forumunun (World Economic Forum) təşkilatçıları bildiriblər ki, milyarder Elon Musk İsveçrə, Davosda biznes, qlobal liderlər üçün təşkil edilən illik forumun qonaqlar siyahısında yoxdur və baxmayaraq ki, Twitter-in sahibi onları günahlandırır.
BBN.az Finance Yahoo-ya istinadən xəbər verir ki, bu həftə Avropa İttifaqının rəhbəri Ursula von der Leyendən tutmuş, aktyor Idris Elbaya qədər bir çox nüfuzlu şəxslər müharibə, iqlim dəyişikliyi, texnoloji inkişafın təhlükəsizliyə təsirləri kimi bir çox qlobal məsələləri müzakirə edirlər.
Lakin milyarder Elon Musk isə orada yoxdur, o isə deyir ki, təşkilatçılardan dəvət alıb. Forumun sözçüsü Yann Zopf isə çərşənbə axşamı bildirib ki, “axırıncı dəfə Tesla-nın CEO-su bu il dəvət almayıb və bu yaxın tarixdə də bu baş verməyib, ən sonuncu isə 2015-ci ildə olub”.
Əslində milyarder Muskın isə Davosda keçirilən bu forumda iştirak etmək üçün kifayət qədər vəsaiti vardır. Forum üzvləri isə qrup səviyyəsindən asılı olaraq 120.000-dən 850.000 İsveç frankına qədər (130.000-dən 921.000 dollara qədər) illik üzvlük haqqı ödəyirlər.
Maraqlıdır ki, Musk dekabrın 22-də atdığı tvitində isə deyir ki, forumdan imtina etməsinin səbəbi Forumun şeytani intriqaları yaratması yox, onun darıxdırıcı səslənməsi olub.





