Home » Dünya ərzaq qiymətləri ilə bağlı xoş bir xəbər: Rusiya Ukrayna ilə “taxıl razılaşmasında” U dönüşü edib

Dünya ərzaq qiymətləri ilə bağlı xoş bir xəbər: Rusiya Ukrayna ilə “taxıl razılaşmasında” U dönüşü edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bir neçə gün öncə Rusiya Ukrayna taxıl gəmilərinin Qara dəniz vasitəsilə ixracını dayandırmışdı. Lakin Türkiyə Respublikasının da vasitəsiliyi ilə Rusiya prezidenti Vladimir Putin daha əvvəlki razılaşmanı davam etdirməyi qəbul etdiyini bildirib. Lakin Birləşmiş Millətlər Təşkilatı (United Nations-UN), Türkiyə, Ukrayna Rusiyanın razılaşmanı dayandırmasına rəğmən, gəmilər vasitəsilə taxıl ixracını davam etdirirdilər.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, daha öncə Rusiya tərəfi isə Ukraynanı “təhlükəsiz koridordan” istifadə edərək Krım ərazisinə hücumda ittiham etmişdi. 

Bildirək ki, fevralda başlayan və həmin dövrdə 5 ay davam edən müharibədən sonra ilk dəfə 2022-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatı və Türkiyə vasitəçiliyi (Rusiya ilə razılıqdan sonra) ilə Qara dənizdən ərzaq məhsullarının ixracını təmin etmişdilər. Ukrayna limanlarından milyonlarla ton taxıl, günəbaxan yağı ixrac edilmişdi. Bu isə müharibə başlayandan sonra dünya bazarında artan ərzaq qiymətlərini aşağı salmaq üçün atılmış addım idi. 

Tərəflər arasında razılıq isə noyabrın 19-da başa çatacağından, yeni razılaşmanı yeniləmək lazım idi. Rusiya isə yuxarıda da qeyd etdiyimiz kimi “taxıl razılaşmasında” müsbət mənada U dönüşü edib. Birləşmiş Millətlər Təşkilatının məlumatına, əsasən əməliyyatların başladığı 2022-ci ilin avqustundan bu yana 9.8 milyon ton taxıl, yağ və dənli bitkilər 400-dən çox gəmilər vasitəsilə transport edilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.