Home » Dünyanın ən bahalı telekommunikasiya şirkətlərinin siyahısı açıqlanıb

Dünyanın ən bahalı telekommunikasiya şirkətlərinin siyahısı açıqlanıb

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə telekommunikasiya şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Telecoms 150” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Verizon” olub. Baxmayaraq ki, şirkətin marka dəyəri ötən ilə nisbətən 1% azalaraq, 69.6 milyard ABŞ dolları olub. “T Mobile” 18% bahalaşaraq, 60.2 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “AT&T”  şirkətinin ümumi dəyəri isə 8% azalaraq 47 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “China Mobile” (40.9 milyard $) və “NTT Group” (40.7 milyard $) şirkətlərinə layiq görülüb.

Telekommunikasiya şirkətləri arasında son bir ildə ən çox dəyər qazanan (109%) İtaliya mərkəzli “İliad” şirkəti 447 milyon dollar ilə siyahıda 130-cu yerə yüksəlib. ABŞ-ın “CenturyLink” şirkəti isə 86% dəyər itkisi ilə 32-ci yerdən 112-ci yerə geriləyib və ən çox dəyər itirən telekommunikasiya şirkəti ünvanını alıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.