
Bu həftə dünyanın ən böyük kripto dəyişdirmə şirkəti Binance sektorda özünün ən böyük rəqibi olan və sürətlə böyüyən FTX şirkətini almaqla bağlı razılığa gəldiklərini açıqlayıb.
BBN.az Time.com-a istinadən xəbər verir ki, Binance-nin CEO-su Changpeng Zhao bu haqda özünün Twitter platforması üzərindən məlumat verib.
Onun bu açıqlaması onsuz da qeyri-müəyyənlikdə olan kripto bazarına təsir edib. Belə ki, Bitcoin-in qiyməti 10%-dən çox enib.
Alış ilə bağlı blokçeyn analitika şirkəti Nansen-də CEO çalışan Alex Svanevik deyib ki, bu sektor ilə bağlı ən böyük alış hesab edilir və Zhao-nun güc və statusunu artırır.
Qeyd edək ki, yanvarda FTX-in dəyərinin 32 milyard dollar olduğu bildirilirdi.




