![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Dünyanın ən böyük kripto dəyişdirmə şirkəti “Kraken” ştat işçilərindən 30%-ni, yaxud 1.100 nəfər ilə yollarını ayırır.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda çərşənbə günü şirkətin baş icraçı direktoru (CEO) Jesse Powell deyib. Onun sözlərinə görə, belə bir addımın atılmasına səbəb isə hazırkı bazar şəraitinə uyğunlaşmaqdır.
CEO özünün bloq postunda qeyd edib ki, makroiqtisadi və geosiyasi faktorlardan dolayı aşağı inkişaf müştəri tələbini dayandırıb və ticarət həcmini azaldıb, sövdələşmələri kəsib.
Bildirək ki, öncə, daha dəqiq noyabrda Barry Silbertin rəqəmsal valyuta qrupu 13%, crypto.com isə oktyabrda 2.000 nəfər işçisi ilə yollarını ayırmışdı. Kripto bazarı isə FTX-nin uğursuzluğundan sonra qeyri-müəyyənlik dövrünə qədəm qoyub.