Home » Dünyanın ən böyük kriptovalyuta fondu yaradılıb

Dünyanın ən böyük kriptovalyuta fondu yaradılıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Kriptovalyuta tendensiyası uzun müddətdir ki, investorların xüsusi diqqətini cəlb etməkdədir. Bir sıra investorlar bu sektoru etibarlı hesab etməsələr də, sözügedən sahədə son illərdə böyük həcmdə investisiya layihələri həyata keçirilməkdədir.

Kriptovalyuta sahəsində fəaliyyət göstərən nəhəng investisiya şirkətlərindən biri “Paradigm” yeni kriptovalyuta fondu yaratdığını açıqlayıb.  ”New Venture Fund” adı altında yaradılan bu fond 2.5 milyard dollar həcmində valyuta ehtiyatlarına malikdir və dünyanın ən böyük kriptovalyuta fondu adını alıb. Qeyd edək ki, ikinci yerdə qərarlaşan “a16z” kriptofondu “Andreesen Horowitz” şirkəti tərəfindən yaradılıb və 2.2 milyard dollarlıq valyuta ehtiyatına sahibdir.

Kriptovalyuta sahəsində gəlirlilik əldə etmək üçün yatırımlara start verən fondun ilkin investisiya istiqamətləri “Coinbase”, “FTX”, “Uniswap”, və “Sky Mavis” olub. Fondun dəyişdirilə bilməyən tokenlərə (NFT) investisiya edib-etməyəcəyi isə hələki sual altındadır.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.