Home » Dünyanın ən dəyərli avtomobil istehsalçılarının siyahısı açıqlanıb

Dünyanın ən dəyərli avtomobil istehsalçılarının siyahısı açıqlanıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə avtomobil istehsalı ilə məşğul olan şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Automotive Industry 2022” hesabatını dərc edib.

Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Toyota” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 8% artaraq, 64.3 milyard ABŞ dolları olub. “Mercedes-Benz” 4% bahalaşaraq, 60.8 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Tesla”  şirkətinin ümumi dəyəri isə 44% artaraq 46 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Volkswagen” (41 milyard $) və “BMW” (37.9 milyard $) şirkətlərinə layiq görülüb.

Avtomobil istehsalçıları arasında son bir ildə ən çox dəyər qazanan (109%) Çin mərkəzli “Great Wall Motors” şirkəti 2.6 milyard dollar ilə siyahıda 40-cı yerə yüksəlib. Çinin digər bir şirkəti “Baojun” isə 62% dəyər itkisi ilə 70-ci yerdən 99-cu yerə geriləyib və ən çox dəyər itirən avtomobil istehsalçısı ünvanını alıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.