Home » Dünyanın ən böyük françayzinq şirkətləri açıqlanıb

Dünyanın ən böyük françayzinq şirkətləri açıqlanıb

by bbnadm
0 rəy 43 baxış 2 dəqiqə oxuma

Amerikan biznes jurnalı “Entrepreneur” tərəfindən hər il hazırlanan “Franchise 500” hesabatının 2020-cu ilə olan nəticələri açıqlanıb.

Hesabata istinadən, 2019-cu ildə dünyanın ən prestijli françayzinqi beynəlxalq “fastfood” restoranlar şəbəkəsi olan “McDonalds” 2020-ci ildə iki pillə geriləyərək üçüncü yerdə qərarlaşıb. 1955-ci ildə françayzinq fəaliyyətinə başlayan şirkət hal-hazırda 38108 restorana sahibdir. Bu restoranların 22235-i  ABŞ ərazisindən kənarda fəaliyyətdədir. Cari dövrdə “McDonalds” restoranı açmaq üçün 1.263-2.235 milyon dollar arası ilkin investisiya və 500 min dollar həcmində nağd vəsait tələb olunur.

Meksika brendi olan “Taco Bell” restoranlar şəbəkəsi siyahıda ikinci yerdə qərarlaşıb. 1964-cü ildən françayzinq xidmətləri təklif edən şirkət hazırda 501-i ABŞ-dan kənarda olmaqla, 7136 restorana sahibdir. “Taco Bell” restoranı açmaq üçün minimum 525 min, maksimum 3 milyon dollar həcmində ilkin investisiya, eləcə də 750 min nağd vəsait gərəklidir.

Siyahıda liderlik isə “Dunkin’ Donuts” “fastfood” şəbəkəsinə məxsusdur. 1950-ci ildən fəaliyyət göstərən bu şəbəkənin ümumi bazar dəyəri 5 milyard dollardan yüksəkdir. Şirkətin ABŞ-da on minə yaxın, digər ölkələrdə isə 3458 restoranı mövcuddur. Françayzinqin əldə edilməsi üçün minimal 400 min, maksimal 1 milyon 600 min dollar investisiya və 250 min nağd pul vəsaiti tələb edilir. Şirkət hazırda 32 ölkədə fəaliyyət göstərir.

Sıralamada ilk beşlik “Sonic Drive-In” ($1.2 milyon- $3.5 milyon) və “The UPS Store”($138 min- $470 min) şirkətləri ilə tamamlanır.

Məlumat üçün qeyd edək ki, “Franchise 500” hesabatı françayzinq xidmətləri təklif edən şirkətlərin təyin etdiyi qiymətlər və rüsumlar, şirkətin həcmi, inkişaf tempi, xidmətlərindən istifadə edən sahibkarlara qarşı dəstəyi, brendinin gücü və maliyyə stabilliyi əsasında tərtib edilir.

Tam siyahıya buradan nəzər sala bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.