Home » DVX-ə daxil olmuş şikayətlərin sayı 27% çox azalıb

DVX-ə daxil olmuş şikayətlərin sayı 27% çox azalıb

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2024-cü ilin fevral ayı ərzində vergi orqanlarına ümumilikdə 32.459 müraciət daxil olub ki, bu da müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azdır. Müraciətlərdən 95,9 faizi ərizə, qalan hissəsi təklif və şikayət olub. 13 müraciətin icrası nəzarətə götürülüb.

Müraciətlərin 79,4 faizinin baxılması fevral ayı ərzində başa çatdırılıb, 20,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 69,2 faizi həll olunub, qalanları barədə qanunamüvafiq tədbirlər görülüb.

Daxil olmuş şikayətlərin 28 fazidən çoxu eyni və ya təkrar xarakterli olub. Şikayətlərin faktiki sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz azalıb. Həll edilmiş şikayətlərin əksəriyyəri kameral vergi yoxlaması, riskli vergi ödəyicisi vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, maliyyə sanksiyasının silinməsi, vergi borcu və digər məsələlər ilə bağlı olub.

2024-cü ilin fevral ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 36, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.