Home » DVX-də vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DVX-də vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

by anar
0 comment 0 views 1 minutes read

Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2.392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən bir qrup namizədlə bağlı nəticələr artıq açıqlanıb. Bu mərhələdə iştirak etmiş 86 namizəddən 73-ü müsabiqəni uğurla başa vurub. Uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilərək mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.

Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/post/3220

Qeyd: Müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan ediləcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.