Home » DVX insan resursları sahəsində beynəlxalq forumda təmsil olunub

DVX insan resursları sahəsində beynəlxalq forumda təmsil olunub

by anar
0 comments 1 views 1 minutes read

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan yönümlü gələcəyə cavab verən vergi administrasiyasının yaradılması” mövzusuna həsr olunmuş İnsan resurslarının idarə edilməsi üzrə Forum keçirilib. 35 ölkədən 70-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini (DVX) İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova və həmin baş idarənin rəis müavini Leyla Babayeva təmsil ediblər.

Forumda IOTA və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə yanaşı, İsveçrə, Ukrayna, Fransa, Xorvatiya, Belçika, Birləşmiş Krallıq və Finlandiyadan olan təmsilçilər vergi orqanlarında insan resurslarının inkişafı strategiyaları, insan yönümlü təşkilati mədəniyyətin formalaşdırılması, əməkdaşların səlahiyyətlərinin artırılması, müasir iş üsulları (hibrid), davamlı öyrənmə və qiymətləndirmə metodları ilə bağlı təqdimatlarla çıxış ediblər. Vergi orqanlarında daha yüksək məhsuldarlığa, innovasiyaların artmasına və vergi orqanının nüfuzunun yüksəlməsinə təsir edən prinsiplərin tətbiqi imkanları müzakirə edilib.

Forumda DVX-nin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova “Azərbaycanın Dövlət Vergi Xidmətində insan resursları sahəsində islahatlar: 2024-cü ildə həyata keçirilmiş Mükafatlandırma və Karyera yolu layihələrinin təqdimatı” mövzusunda çıxış edib. A.Kərimova insan resursları sahəsində transformasiya, vergi orqanları əməkdaşlarının qiymətləndirilməsi, onların fəaliyyətinin təhlili və işçi heyətinin potensialının artırılması üçün tətbiq edilən alətlər və mexanizmlər barədə danışıb. Təqdimat çərçivəsində iştirakçılar vergi işçiləri üçün hazırlanmış elektron təlim platforması, qiymətləndirmə sistemi və əməkhaqqında artım siyasəti barəsində məlumatlandırılıblar.

Forumun davamında insan resurslarının inkişafı sahəsində müxtəlif mövzularda fikir mübadiləsinin aparılması üçün qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüb və təkliflər səsləndiriblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.