Home » Dəmir yollarında gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsi real rejimdə istifadəyə verilmişdir

Dəmir yollarında gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsi real rejimdə istifadəyə verilmişdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2 iyun 2021-ci il tarixində Mərkəzi Bank, “Azərbaycan Dəmir Yolları” QSC, Visa beynəlxalq kart təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin birgə tərəfdaşlığı çərçivəsində şəhərətrafı dəmir yollarında gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi layihəsinin real rejimdə istifadəyə verilməsinə həsr olunmuş açılış mərasimi keçirilmişdir. Tədbir vasitəsilə Bakı və Sumqayıt şəhərləri arasında sürətli sərnişin daşımalarını təmin edən Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən emissiya olunmuş kartların sahibləri üçün təmassız ödəniş imkanının yaradılması ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan ictimai nəqliyyatda gediş haqlarının təmassız ödəniş kartları ilə ödənilməsi imkanının yaradılması tədbiri çərçivəsində Mərkəzi Bankın təşkilatçılığı ilə ötən il pilot rejimində start verilmişdir. Layihənin birinci mərhələsində Bakı-Sumqayıt hərəkət xətti üzrə iki stansiyada gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi imkanı yaradılmış və ilk aylarda yalnız “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən emissiya edilmiş təmassız kartlar vasitəsilə ödənişlərin qəbulu mümkün olmuşdur. Hazırda isə dairəvi dəmiryolu xəttinin 14 stansiyasında bütün bankların təmassız ödəniş alətlərindən istifadə etməklə gediş haqlarının nağdsız qaydada ödənilməsi imkanı mövcuddur.

Hər bir stansiyada 2 turniket üzrə gediş haqlarının təmassız bank kartlarından istifadə etməklə həyata keçirilməsi mümkündür. Layihənin növbəti mərhələsində istifadə sıxlığından asılı olaraq bank kartları ilə ödənişlərə imkan verən turniketlərin sayının ilin sonuna kimi artırılması nəzərdə tutulmuşdur.

Dəmir yollarında innovativ ödəniş həllərinin genişləndirilməsi sərnişinlərin rahatlığını təmin etməklə, əlavə lokal kartların alınması, bu kartların balansının terminallar vasitəsilə “doldurulması” zərurətini aradan qaldırır. Bu yenilik təmassız ödənişlərin əhali arasında daha böyük rəğbət qazanmasına və bununla da, təmassız ödəniş kartlarından istifadənin artması, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsi, son nəticədə isə rəqəmsal ödəniş mühitinin formalaşması və nağd iqtisadiyyatın həcminin azalmasına təkan verəcəkdir. Eyni zamanda, dəmir yollarında nağdsız ödənişlərin qəbulu imkanının yaradılması layihəsinin uğurlu icrası analoji tədbirlərin ölkənin digər ictimai nəqliyyat növlərində də həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.