Home » E-sosial.az portalının qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı 1,1 milyona yaxındır

E-sosial.az portalının qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı 1,1 milyona yaxındır

by bbnadm
0 comments 1 views 1 minutes read

Portala ötən il 10 milyon, bu ilin əvvəlindən 2 milyon 117 min müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edir və hazırda bu say 1 milyon 100 minə yaxındır.

2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir və yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən bu portala ötən il 10 milyon, bu ilin əvvəlindən 2 milyon 117 min müraciət qeydə alınıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.