Home » “E-sosial” portalının 1 milyon 520 minədək aktiv istifadəçisi var

“E-sosial” portalının 1 milyon 520 minədək aktiv istifadəçisi var

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Ötən dövrdə portaldan istifadə sayı 82,7 milyondan çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu ildə istifadəyə verilən “e-sosial” internet portalının hazırda 1 milyon 520 minədək aktiv istifadəçisi var.

Geniş  funksionallığa malik “e-sosial” internet portalı ölkənin vahid sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

Portal üzərindən həmçinin pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək mümkündür.

Qeyd edilənlərin nəticəsi olaraq portala maraq daim artmaqda davam edir. Ötən dövrdə “e-sosial” internet portalından istifadə sayı 82,7 milyonu ötüb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.