Home » EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəyə 81 milyon avro ayırıb

EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəyə 81 milyon avro ayırıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə Azərbaycanda 10 layihənin maliyyələşdirilməsi üçün 81 milyon avro vəsait ayırıb.

Məlumata görə, ötən il dekabrın 31-nə EBRD-nin Azərbaycandakı layihələr üzrə kredit portfeli 906 milyon avro təşkil edib. Portfelin 40 %-i özəl sektorun payına düşüb. Hazırda ölkədə Bankın 36 aktiv layihəsi mövcuddur.

Hazırkı portfelin 90 %-i (812 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (64 milyon avro) maliyyə institutlarına, 3 %-i (30 milyon avro) isə korporativ sektora yönəldilib.

Ümumilikdə, EBRD Azərbaycandakı 201 layihəyə 3,648 milyard avro investisiya yatırıb. Bankın ölkədəki əməliyyat aktivləri 31 dekabr 2025-ci il tarixinə 695 milyon avro təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə EBRD Azərbaycanda səkkiz layihənin maliyyələşdirilməsi üçün 199 milyon avro kredit ayırıb ki, bu da 2023-cü illə müqayisədə 27,6 % və ya 43 milyon avro çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.