Home » EBRD Azərbaycan üzrə cari layihə portfelini yeniləyib

EBRD Azərbaycan üzrə cari layihə portfelini yeniləyib

by yunus
0 comments 0 views 1 minutes read

Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 895 milyon avro dəyərində qiymətləndirilir.

BBN.az EBRD-yə istinadən xəbər verir ki, bunun 40 %-i özəl sektorun payına düşür.

Hazırda Azərbaycanda EBRD-nin 36 layiəsi aktivdir.

Təkcə 2025-ci ildə bank 81 milyon avro dəyərində 10 layihəni maliyyələşdirib.

Dekabrın 31-nə olan göstərici ilə müqayisədə portfelin həcmi 1,21 % və ya 11 milyon avro azalıb.

EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 90 %-i və yaxud 803 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 7 %-i və yaxud 62 milyon avrosu maliyyə institutlarına, 3 %-i və yaxud 30 milyon avrosu isə korporativ sektora yönəldilib.

Ümumilikdə EBRD Azərbaycanda 201 layihənin həyata keçirilməsinə 3,612 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri yanvarın 31-nə 686 milyon avro təşkil edib. Bu dekabrın 31-i ilə müqayisədə 1,29 % və yaxud 9 milyon avro azdır.

2024-cü ildə EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,56 % və yaxud 43 milyon avro çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.