
Bu il fevralın 28-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 898 milyon avro qiymətləndirilir.
BBN.az EBRD-yə istinadən xəbər verir ki, portfelin 40 %-i özəl sektorun payına düşür.
Yanvarın 31-i ilə müqayisədə portfel 0,3 % və yaxud 3 milyon avro artıb.Hazırda 36 layihə aktivdir.
EBRD-nin məlumatlarına görə, cari portfelin əsas hissəsi – 90 %-i (806 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (62 milyon avro) maliyyə institutlarına, daha 3 %-i (30 milyon avro) isə korporativ sektora yönləndirilib.
Ümumilikdə, EBRD indiyə qədər Azərbaycanda 202 layihəyə 3 milyard 629 milyon avro investisiya yatırıb.
Ötən ay Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri 1,3 % və yaxud 9 milyon avro artaraq 695 milyon avro təşkil edib.
2025-ci ildə EBRD Azərbaycanda 81 milyon avro məbləğində 10 layihəni maliyyələşdirib.




