Home » “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda 300-dən artıq iştirakçı olacaq

“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda 300-dən artıq iştirakçı olacaq

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

 Dekabr ayının 16-da Bakı şəhərində keçiriləcək elektron ticarətə dair “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda iştirakçı sayı və çıxış edəcək spikerlər tam dəqiqləşib. Qeyd edək ki, PAŞA Bank və Türkiyənin tanınmış Trendyol ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılacaq. Konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcəklər. Bu şirkətlər sırasına “Eticaretmerkezim”, “Içerikler.com”, “Triton Consulting” platinium sponsorlar, “Segmentify”, “Turkiyeden Dijital”, “Click & Count”, “Sipay” qızıl sponsorlar kimi qatılacaq. Beynəlxalq konfransın tərəfdaşları  “Payriff”, “Azexport”, media partnyorları isə  “Infocity” və “Marja”dır.  

   Beynəxalq konfransda 20-ə  yaxın yerli və xarici spiker çıxış edəcək. Bu spikerlər dünyada elektron və rəqəmsal ticarət üzrə və tanınan mütəxəssislərdir.  Beynəlxalq konfransda açılış nitqlərinin ardınca  “E-Ticaret Merkezim & Türkiyeden Dijital”-in icraçı direktoru Serkan Koç “Dünyadakı e-ticarət trendləri və uğur qazanmağın sirləri”,  “Sipay”-ın icraçı direktoru Semih Muşabak “E-ticarətdə doğru ödəniş infrastrukturunun seçilməsinin əhəmiyyəti”, “Joygame & Publicis Groupe” əvvəlki içracı direktoru Özberk Ölçer isə “Sosial mediada qazandıran strategiyalar” mövzularında çıxışlar edəcəklər.

“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfransda E-ticarətin bütün sahələri əhatə olunacaq. Bura “Nağdsız ödənişlərin üstünlükləri”, “Fərdi marketinq”, “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” adlı müzakirələr də daxildir.

“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans haqqında bütün məlumatları https://www.ecomazerbaijan.com internet  səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.