Home » “ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

“ƏDV geri al” layihəsinin əhatə dairəsi genişləndirilir

by anar
0 comments 0 views 1 minutes read

2020-ci ildən etibarən ölkəmizdə uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması və nağdsız ödənişlərin artırılması istiqamətində mühüm nəticələr verməkdədir. Son 5 il ərzində nağdsız ödənişlərin həcmində qeydə alınan yüksək dinamika, dövriyyələrin şəffaflaşmasında irəliləyişlər və alış-veriş çeklərinin təqdim olunmasına ictimai marağın artması bunu sübut edir.

“ƏDV geri al” layihəsindən əldə edilən uğurlu nəticələr onun əhatəsinin tədricən genişləndirilməsinə imkan verib. Ötən dövr ərzində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə, teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə,  tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdən alınmış tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması layihənin əhatə dairəsinə daxil edilib.

Növbəti ildən etibarən layihənin bir qədər də genişləndirilməsi nəzərdə tutulur. Vergi qanunvericliyinə edilən dəyişikliklərdə 2026-cı ilin yanvar 1-dən etibarən bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi öz əksini tapıb.

Yenilik həm istehlakçıların hüquqlarının daha yaxşı qorunmasına, həm də həmin sahələrdə şəffaflığın artırılmasına yönəlib ki, bu da ümumilikdə vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsinə və iqtisadiyyatın leqallaşmasına töhfə verəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.