Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə sentyabr ayının 25-də keçiriləcək “Effektiv bank nəzarəti üçün əsas prinsiplər” vebinarında çıxış edəcək. Kanadanın “Toronto Centre” təşkilatı tərəfindən “Zoom” platformasında keçiriləcək vebinarda bankların maliyyə sabitliyinə və dayanıqlılığına təsir göstərə biləcək iqlim riskləri ətrafında müzakirələr aparılacaq.
Həmçinin vebinar çərçivəsində həm banklar, həm də tənzimləyici və nəzarət qurumları tərəfindən iqlimlə bağlı risklərə qarşı mübarizə ilə bağlı ən yaxşı təcrübələr müzakirə olunacaq.
Şahin Mahmudzadə “İqlimlə əlaqəli maliyyə riskləri” panelində çıxış edərək adıçəkilən risklərin mitiqasiyası və onlara nəzarətdə potensialın artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə toxunacaq.
İngilis dilində baş tutacaq vebinarda iştirak qeydiyyat əsasında mümkündür.
Qeydiyyat üçün link: https://us02web.zoom.us/…/WN_G78150JnTFWF713DpeX0Ew…