1

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun yenidən işlənməsinə ehtiyac var.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, qanun 20 ildən çox əvvəl qəbul edilib və hazırkı şəraitdə yenidən işlənməsi zəruridir:
“Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə birgə fəaliyyətimiz davam edir. Çox güman ki, yeni qanun qəbul ediləcək”.




