
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb.
BBN.az xəbər verir ki, bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın fevral ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən il bu rəqəm 570 min barel olub ki, bu da müqayisədə 30 min barel və ya 5,3 % azdır.
Bu ilin birinci rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Bu, yanvarda verilən proqnozla müqayisədə eynidir.
Bu ilin ikinci rübündə sutkada neft hasilatı 540 min barel olacaq ki, ötən ay verilən proqnoz da eyni olub.
Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 530 min barel olacağı gözlənilir ki, yanvarda həmin rüb üçün verilən proqnoz da 530 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.





