Home » “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək

“Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək

by bbnadm
0 comments 2 views 1 minutes read

Fevralın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda maarifləndirici təlim keçiriləcək.

Təlimdə Bakı KOBİM-in eksperti Bəsti Bəşirova tərəfindən qeyri-neft sektoru üzrə ixrac, “Bir pəncərə” ixraca dəstək mərkəzi vasitəsilə həyata keçirilən ixrac və ixraca dair digər məsələlərlə əlaqədar məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Saat 10:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. 

Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər ödənişsizdir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.