Home » Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı sahibkarlarla görüş keçirilib

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı sahibkarlarla görüş keçirilib

by bbnadm
0 comments 4 views 1 minutes read

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə altqrupunun 2022-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda təşkil olunmuş görüşdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Avtomobil Dillerləri Assosiasiyasının, eləcə də yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşdə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi məqsədilə tətbiq edilmiş vergi və gömrük ödənişlərindən azadolmalarla bağlı sahibkarlıq subyektləri məlumatlandırılıb. Həmçinin, dövlət qurumları və özəl sektor təmsilçiləri tərəfindən ekoloji təmiz və təhlükəsiz avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə infrastrukturun qurulması, maliyyə əlçatanlığının təmin edilməsi, idxalla bağlı əlavə güzəştlərin tətbiqi istiqamətində müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.