Home » Ekspert: Regionlarda nağdsız ödənişlərin payının aşağı olması təbiidir

Ekspert: Regionlarda nağdsız ödənişlərin payının aşağı olması təbiidir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Regionlarda nağdsız ödənişlərin payının paytaxtla müqayisədə aşağı olması obyektiv səbəblərlə izah olunur.

Bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri regionlarda ticarət dövriyyəsinin Bakı ilə müqayisədə xeyli zəif olmasıdır. Ekspert qeyd edib ki, paytaxtda mövcud olan iqtisadi aktivlik və dövriyyə həcmi regionlarla müqayisədə ciddi fərqlənir.

E.Əmirovun fikrincə, ikinci mühüm amil regionlarda yaşayan əhalinin müasir texnoloji yeniliklərdən və rəqəmsal tətbiqlərdən istifadə səviyyəsinin aşağı olmasıdır. Üçüncü səbəb isə nağdsız ödənişlərin tətbiqi üçün zəruri olan infrastrukturun regionlarda kifayət qədər inkişaf etməməsidir.

Ekspert vurğulayıb ki, regionlardakı mağaza və ticarət obyektlərində POS-terminalların ya ümumiyyətlə mövcud olmadığı, ya da işlək vəziyyətdə olmadığı hallara tez-tez rast gəlinir:

“Regionlardakı mağaza və dükanlarda POS-terminalların ya ümumiyyətlə olmadığını, ya da işləmədiyini tez-tez müşahidə etmək mümkündür. Bu vəziyyət regionların əksər hissəsində təkrarlanır və satıcılar bunu açıq şəkildə etiraf edirlər. Hətta bəzi ticarət obyektlərinin bu səbəbdən cərimələnməkdən də çəkinmədiyi müşahidə olunur”, – deyə E.Əmirov qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.