
Real sektorun fasiləsiz maliyyələşməsi və valyuta risklərinin azaldılması məqsədilə işə salınan yeni maliyyə aləti kredit təşkilatlarına xarici resurslara çıxışı asanlaşdırır. Banklar Assosiasiyasının Ekspert Qrupunun üzvü, maliyyə eksperti Özal Talıblı bildirir ki, bu mexanizm yerli maliyyə bazarında likvidliyin artmasına, daha sərfəli kredit şərtlərinin formalaşmasına və ümumilikdə kredit əlçatanlığının yüksəlməsinə töhfə verəcək. Yeni alət xüsusilə mikro və kiçik sahibkarlığın, o cümlədən ailə-kəndli təsərrüfatlarının maliyyə resurslarına çıxışını dəstəkləyəcək.
Daha ətraflı BBN YouTube kanalında izləyin:








