Home » “Ekspress-C” ASC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

“Ekspress-C” ASC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

       2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Ekspress-C” ASC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. 2 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir.

Açılış mərasimində emitent tərəfindən “Ekspress-C” ASC-nin təsisçisi İsmayılov Camaləddin, birja üzvü tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Ekspress-C” ASC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Qeyd edək ki, “Ekspress-C” ASC-nin əsas fəaliyyət sahəsi metal məmulatlarının əridilməsi və onlardan tikinti materiallarının istehsalı tutur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.