Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı təlimlər keçirilir.
Belə ki, ötən həftə ərzində “Heyvan subsidiyası” ilə əlaqədar olaraq Şəmkir, Tovuz, Göyçay, Ağdaş, Astara, Lənkəran, Samux, Göygöl, Sabirabad, Abşeron, Bərdə, Yevlax, Şabran, Siyəzən, Lerik, Yardımlı, Ucar və Zərdab rayonlarında 681 nəfərə təlimlər keçirilib.
Cari ilin 13-31 yanvar tarixində keçirilən təlimlərdə ümumilikdə 1749 nəfər iştirak edib ki, onlardan 257 nəfər süni mayalanma mütəxəssisi, 1049 nəfər baytarlıq mütəxəssisi, 443 nəfər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşıdır.
Qeyd edək ki, respublikamızın müxtəlif rayonlarında “Heyvan subsidiyası” ilə bağlı maarifləndirmə işləri davam edir.