Home » Elektron Kredit Platforması sahibkarların kredit sifarişləri üçün əlverişli vasitədir

Elektron Kredit Platforması sahibkarların kredit sifarişləri üçün əlverişli vasitədir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılaraq sahibkarların istifadəsinə verilib.

5 avqust tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 630 milyon manat olan 2000-dən çox müraciət daxil olub. Artıq 98 müraciət üzrə ümumi həcmi 12,5 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcəkdir.

Qeyd edək ki, biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.