Home » Elektron Təhlükəsizlik Xidməti fişinq hücumları ilə bağlı əhaliyə xəbərdarlıq edir

Elektron Təhlükəsizlik Xidməti fişinq hücumları ilə bağlı əhaliyə xəbərdarlıq edir

by anar
0 comments 1 views 0 minutes read

Elektron Təhlükəsizlik Xidməti (ETX) “RCS” protokolu vasitəsilə həyata keçirilən fişinq hücumları ilə bağlı xəbərdarlıq edir. RCS-mobil cihazlar arasında internet vasitəsi ilə mesajlaşmanı təmin edən protokoldur.

Belə ki, kiberdələduzlar protokoldakı boşluqdan yararlanaraq istifadəçilərə rəsmi qurumların adından mesajlar göndərirlər.

Göndərilən fişinq mesajlarında adətən poçtdaşıma xidmətlərinin və ya bankların adından istifadə olunur.

Qeyd olunan məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu kimi hallara qarşı diqqətli olmağı, mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmamağı və qurumların adından göndərilən şübhəli mesajlarla qarşılaşdıqda müvafiq məlumatı qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.